Yuxarı
    Bağlamaq

    Minsk qrupunun yeni həmsədri: "Regiona səfər etmək fürsətini səbirsizliklə gözləyirəm"

    Endryu Şeffer: Daha əvvəl Azərbaycana səfər etmişəm, amma həmsədr kimi yox

    Bakı. 30 avqust. REPORT.AZ/ "ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri postuna təyin edilməyim mənim üçün böyük şərəfdir. Daha əvvəl Azərbaycana səfər etmişəm, amma həmsədr kimi yox".

    Bunu "Report"a eksklüziv açıqlamasında ATƏT-in Minsk qrupunun ABŞ-dan yeni təyin olunmuş həmsədri Endryu Şeffer deyib.

    "Regiona səfər etmək və münaqişə tərəflərinin rəsmi şəxsləri ilə görüşmək fürsətini səbirsizliklə gözləyirəm. Eyni zamanda sentyabrda Nyu-Yorkda Minsk qrupundan olan həmkarlarımla da görüşəcəyəm", - amerikalı həmsədr bildirib.

    Yeni təyin olunmuş həmsədr qeyd edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq qalır: "Birləşmiş Ştatlar Minsk qrupu prosesinə və tərəflərə Helsinki Yekun Aktının da daxil olduğu beynəlxalq hüquq, o cümlədən güc tətbiq etməmək, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmək prinsipləri əsasında uzunmüddətli sülh sazişi üzrə danışıqlar aparılmasında yardım etmək missiyasına sadiqdir".

    Xatırladaq ki, E.Şeffer ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsinə avqustun 28-dən etibarən təyin edilib.

    Daha əvvəl o, Vyanada Birləşmiş Ştatların Beynəlxalq Təşkilatlarda Missiyasında müvəqqəti işlər vəkili vəzifəsini icra edib. 2011-2014-cü illərdə isə E.Şeffer ABŞ-ın Kiprdəki səfirinin müavini işləyib. O, eyni zamanda ABŞ-ın Küveyt, Bəhreyn və Rusiyadakı səfirliklərində çalışıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi