Minsk qrupunun həmsədrləri Ermənistan XİN başçısı ilə görüşüblər

Minsk qrupunun həmsədrləri Ermənistan XİN başçısı ilə görüşüblər Bakı. 13 iyun. REPORT.AZ/ Yerevanda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şeffer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik arasında görüş keçirilib.
Qarabağ
13 İyun , 2018 10:42
Minsk qrupunun həmsədrləri Ermənistan XİN başçısı ilə görüşüblər
news.am
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ Yerevanda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şeffer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik arasında görüş keçirilib.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Z.Mnatsakanyan səfərin Ermənistanın yeni hökumətin formalaşmasından sonra ilk birbaşa əlaqə yaratmağa imkan verdiyini qeyd edib. 

Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparıb və danışıqlar prosesində irəliləyişə nail olunması imkanlarına toxunublar.

Son xəbərlər

Orphus sistemi