Yuxarı
    Bağlamaq

    Minsk qrupunun həmsədrləri Ermənistan tərəfinin təxribatı nəticəsində mülki şəxslərin həlak olmasıyla bağlı bəyanat yayıb

    Vasitəçilər Füzuli rayonunda baş vermiş insident zamanı həlak olanların ailələrinə başsağlığı verib

    Bakı. 5 iyul. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində baş vermiş və mülki şəxslər də daxil olmaqla, insan ölümü ilə nəticələnən hadisədən xəbərdardır.

    "Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatında deyilir.

    Vasitəçilər tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Onların sözlərinə görə, zorakılıq yalnız növbəti zorakılığı yaradır: "Bu uzun sürən münaqişənin həlli üçün yeganə məsuliyyətli və insani yol tərəflərin danışıqlar masasına qayıtmasıdır".

    Həmsədrlər həmçinin həlak olanların ailələrinə başsağlığı verib.

    Qeyd edək ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi