Bakı. 12 noyabr. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Vyanada ATƏT Daimi Şurasının iclasında çıxış edib. "Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində yazıb.
Həmsədrlər iclas iştirakçılarına Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı durumu barədə məlumat verib və Ermənistan-Azərbaycan sərhəd xəttində ağır silahlardan istifadə ilə bağlı narahatlığını bildirib.
Qeyd edək ki, vasitəçilər daha öncə Almaniya Xarici İşlər Nazirliyində məsləhətləşmələr aparıb.