Yuxarı
    Bağlamaq

    ATƏT-in ​Minsk qrupunun həmsədrləri bölgəyə səfər edəcək

    Onlar Azərbaycan və Ermənistanda görüşlər keçirəcək

    Bakı. 12 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 17-də Ermənistana səfər edəcək.

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Tiqran Balayan özünün "twitter" hesabında yazıb.

    Məlumata görə, vasitəçilər Ermənistan prezidenti Serj Sarqsyan və XİN başçısı Edvard Nalbandyanla görüşəcək.

    ATƏT-in Minsk qrupunun həmsədrləri bundan əvvəl, yəni fevralın 15-də Bakıya gələcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi