Yuxarı
    Bağlamaq

    Minsk qrupunun həmsədrləri ATƏT sədrini Qarabağ münaqişəsinin danışıqları ilə bağlı məlumatlandırıblar

    Vasitəçilər Parisdə sammitə hazırlıq haqqında məlumat veriblər

    Bakı. 26 sentyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri təşkilatın fəaliyyətdə olan sədri Didye Burqxalter ilə Nyu-Yorkda görüş keçiriblər.

    ATƏT-in mətbuat xidmətindən "Report"a bildirilib ki, vasitəçilər D.Burqxalterə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların gedişi ilə bağlı məlumat veriblər. 

    Xüsusilə, həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinə Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə və Uelsdə keçirilən görüşləri, eləcə də Parisdə keçiriləcək yüksək səviyyəli görüşə hazırlıq haqqında məlumatları təqdim ediblər. 

    Qeyd edək ki, Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin görüşü oktyabr ayının sonlarına planlaşdırılıb. Görüşdən əvvəl vasitəçilər regiona növbəti dəfə gedəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi