Minsk qrupunun amerikalı həmsədri bu gün Bakıya gələcək

Minsk qrupunun amerikalı həmsədri bu gün Bakıya gələcək Diplomatlar fevralın 7-də Azərbaycan rəsmiləri ilə görüşəcəklər
Qarabağ
3 Fevral , 2018 09:29
Minsk qrupunun amerikalı həmsədri bu gün Bakıya gələcək

Bakı. 3 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer bu gün Azərbaycana gələcək.

Bu barədə "Report"a diplomatik mənbələrdən məlumat verilib.

Minsk qrupunun Rusiya və Fransadan olan həmsədrləri - İqor Popov və Stefan Viskonti isə fevralın 6-da Bakıda olacaqlar. Diplomatlar fevralın 7-də Azərbaycan rəsmiləri ilə görüşəcəklər.

Qeyd edək ki, Minsk qrupunun həmsədrləri fevralın 8-9-da Ermənistana səfər edəcəklər. Diplomatlar eyni zamanda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə də baş çəkəcəklər.

Son xəbərlər

Orphus sistemi