Minsk qrupu həmsədri: "Təmas xəttindəki insidentlər danışıqlar prosesinə qayıtmağın zəruriliyini göstərir"

Minsk qrupu həmsədri: "Təmas xəttindəki insidentlər danışıqlar prosesinə qayıtmağın zəruriliyini göstərir" Riçard Hoqland: "Həmsədrlər növbəti dəfə tərəfləri atəşkəsə riayət etməyə və gücdən istifadə etməməyə çağırıblar"
Qarabağ
28 Fevral , 2017 17:05
Minsk qrupu həmsədri: Təmas xəttindəki insidentlər danışıqlar prosesinə qayıtmağın zəruriliyini göstərir

Bakı. 28 fevral. REPORT.AZ/ "Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində fevralın 25-də baş verən hadisələr regionda təhlükəsizliyin və sabitliyin bərpa edilməsi məqsədilə danışıqlar prosesinə qayıtmağın zəruriliyini göstərir."

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland bildirib.

O vurğulayıb ki, fevralın 25-də yaydığımız bəyanatda həmkarlarım - həmsədrlər növbəti dəfə tərəfləri atəşkəsə riayət etməyə və gücdən istifadə etməməyə çağırıblar: "Son insident regionda təhlükəsizliyin və sabitliyin bərpa edilməsi məqsədilə danışıqlar prosesinə qayıtmağın zəruriliyini növbəti dəfə göstərib."

Son xəbərlər

Orphus sistemi