Yuxarı

Minsk qrupu cəbhədə günahsız insanların qəsdən hədəfə alınmasını pisləyir

Bunu amerikalı həmsədr Ceyms Uotlik bildirib

Bakı. 4 sentyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində günahsız dinc insanların qəsdən hədəfə alınmasını pisləyir.

"Report" xəbər verir ki, bu barədə qrupun amerikalı həmsədri Ceyms Uorlik öz Twitter səhifəsində yazıb.

"Biz Dağlıq Qarabağ münaqişəsi zonasında günahsız dinc insanların qəsdən hədəfə alınmasını pisləyirik. Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq", - deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi