​Ermənilər minaatan və qumbaraatanlardan istifadə etməklə atəşkəs rejimini ümumilikdə 75 dəfə pozub

​Ermənilər minaatan və qumbaraatanlardan istifadə etməklə atəşkəs rejimini ümumilikdə 75 dəfə pozub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
13 Yanvar , 2015 09:53
​Ermənilər minaatan və qumbaraatanlardan istifadə etməklə atəşkəs rejimini ümumilikdə 75 dəfə pozub

Bakı. 13 yanvar. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 75 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, Ermənistan Respublikasının İcevan rayonunun Paravakar Berkaber, Vazaşen, Azatamut, Noyemberyan rayonunun Dovex, Barekamavan, Şavarşavan, Voskevan, Voskepar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı, Cəfərli, Kəmərli, Fərəhli, Quşçuayrım, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Şıxlar, Şuraabad, Mərzili, Cəvahirli, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi