Milli Qəhrəman Qorxmaz Eyvazovun anım mərasimi keçirilib

Milli Qəhrəman Qorxmaz Eyvazovun anım mərasimi keçirilib Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Milli Qəhrəman Qorxmaz Eyvazovun şəhid olmasından 24 il ötür.
Qarabağ
10 Fevral , 2018 19:53
Milli Qəhrəman Qorxmaz Eyvazovun anım mərasimi keçirilib

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Milli Qəhrəman Qorxmaz Eyvazovun şəhid olmasından 24 il ötür.

"Report" xəbər verir ki, Laçın Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə qəhrəman polisin xatirəsi Laçın Rayon Polis Şöbəsində keçirilən anım mərasimində yad edilib.

Mərasimdə polis şöbəsinin əməkdaşları, rayon icra hakimiyyətinin nümayəndələri, qəhrəmanın döyüş yoldaşları və oğlu iştirak ediblər.

Mərasim "Şəhidlər" abidəsinin ziyarəti ilə başlayıb. Daha sonra tədbir Laçın Rayon Polis Şöbəsində (RPŞ) davam etdirlib. Laçın RPŞ-in rəisi, polis polkovniki Aqil Əsədov qəhrəmanın keçdiyi şərəfli həyat yolu barədə ətraflı məlumat verib. Q.Eyvazovun Laçın Rayon Polis Şöbəsinin tərkibində ağır döyüşlərdə iştirakı, Füzuli istiqamətində gedən döyüşlərdə fərqlənməsi, Horadiz qəsəbəsi də daxil olmaqla, ətraf yaşayış məntəqələrinin, kəndlərin azad olunmasında göstərdiyi böyük şücaət nəticəsində rota komandirliyinə yüksəlməsi xüsusi ilə qeyd olunub. Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qorxmaz Eyvazov ümumilli lideri Heydər Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

Bildirilib ki, ordumuzun keçdiyi uğurlu inkişaf nəticəsində hal-hazırda Cocuq Mərcanlı düşmən tapdağından azad olunub və artıq orada Azərbaycan bayrağı dalğalanır, doğma torpağa qayıdan sakinlər tərəfindən dinc quruculuq, abadlıq işləri aparılır.

Tədbirdə çıxış edən Laçın RPŞ-in əməkdaşları, qəhrəmanın döyüş yoldaşları Q.Eyvazov haqda xatirələri bölüşüblər. 

Son xəbərlər

Orphus sistemi