Yuxarı
    Bağlamaq

    Milli Məclisin Xocalı faciəsi ilə bağlı hazırladığı qanun layihəsinin bəzi detalları məlum olub

    “Əsas məsələlərdən biri də beynəlxalq cinayət törədənlərin ekstradisiyasıdır”

    Bakı. 28 noyabr. REPORT.AZ/ “Milli Məclisin Xocalı soyqırımı ilə bağlı hazırladığı qanun layihəsinin özəyini cinayətlərin anlayışı təşkil edir. Burada əsas məsələlərdən biri də beynəlxalq cinayət törədənlərin ekstradisiyasıdır”.

    “Report”un xəbərinə görə, bunu Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Cəfərov deyib.

    O bildirib ki, hazırlanan qanun layihəsi Xocalı soyqrımını hüquqi müstəviyə çıxaracaq: “Layihədə beynəlxalq cinayət törədənlərin ikinci dövlətə və ya beynəlxalq tribunala verilməsi qeyd olunacaq".

    N.Cəfərovun sözlərinə görə, qanun layihəsi 3 ay müddətində hazırlanacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi