Milli Məclisin Xocalı faciəsi ilə bağlı hazırladığı qanun layihəsinin bəzi detalları məlum olub

Milli Məclisin Xocalı faciəsi ilə bağlı hazırladığı qanun layihəsinin bəzi detalları məlum olub “Əsas məsələlərdən biri də beynəlxalq cinayət törədənlərin ekstradisiyasıdır”
Qarabağ
28 Noyabr , 2016 12:27
Milli Məclisin Xocalı faciəsi ilə bağlı hazırladığı qanun layihəsinin bəzi detalları məlum olub

Bakı. 28 noyabr. REPORT.AZ/ “Milli Məclisin Xocalı soyqırımı ilə bağlı hazırladığı qanun layihəsinin özəyini cinayətlərin anlayışı təşkil edir. Burada əsas məsələlərdən biri də beynəlxalq cinayət törədənlərin ekstradisiyasıdır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Cəfərov deyib.

O bildirib ki, hazırlanan qanun layihəsi Xocalı soyqrımını hüquqi müstəviyə çıxaracaq: “Layihədə beynəlxalq cinayət törədənlərin ikinci dövlətə və ya beynəlxalq tribunala verilməsi qeyd olunacaq".

N.Cəfərovun sözlərinə görə, qanun layihəsi 3 ay müddətində hazırlanacaq.

Son xəbərlər

Orphus sistemi