Milli Məclisin deputatı Xocalı soyqırımı zamanı 20 nəfər yaxınını itirmiş qadına baş çəkib

Milli Məclisin deputatı Xocalı soyqırımı zamanı 20 nəfər yaxınını itirmiş qadına baş çəkib “Azərbaycan dövləti harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının arxasındadır”
Qarabağ
25 Fevral , 2017 18:23
Milli Məclisin deputatı Xocalı soyqırımı zamanı 20 nəfər yaxınını itirmiş qadına baş çəkib

Tbilisi. 25 fevral. REPORT.AZ/ “Azərbaycan dövləti dünyanın istənilən bölgəsində yaşayan hər bir azərbaycanlının arxasındadır. Mənim Gürcüstana səfərim və bu ölkədə azərbaycanlıların yığcam yaşadıqları bölgədə yaşayan Xocalı ailəsinə baş çəkməyim də Azərbaycan dövlətinin siyasətinin nümunəsidir”.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan Milli Məclisin deputatı Elman Məmmədov fevralın 25-də Xocalı soyqırımı zamanı 20 nəfər yaxınını itirmiş Kətan Ələkbərovanın ailə üzvləri ilə görüşdə söyləyib.

E.Məmmədov 1992-ci ildə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı işlədiyini, hər xocalılını öz əziz adamı hesab etdiyi bildirib. O deyib ki, ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsidə misli görünməmiş cinayətlər törədiblər: "Xocalı facəisi bu cinayətlərin ən ağırı idi. Xocalıda elə bir ailə tapılmaz ki, yaxınını, əzizini itirməsin. Kətan xanımın yaxınlarından 20 nəfər Xocalıda şəhid olub. Kətan xanım 1947-ci ildə Gürcüstana gəlsə də ürəyi daim vətəni Xocalı ilə döyünüb. Onun yaxınları Xocalının müdafiəsində, əsir və girov götürülmüş insanların azad olunmasında xüsusi igidlik göstəriblər. Azərbaycan dövləti onların xatirəsini daim uca tutur".

O, Gürcüstan parlamentində, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində keçirdiyi görüşlərdə ikitərəfli münasibətlərin inkişafı, Xocalı soyqırımı, Azərbaycanın və Gürcüstanın ərazilərinin işğalı ilə bağlı məsələlərin müzakirə olnduğunu vurğulayıb. Gürcüstan dövlətinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Xocalı soyqırımı qurbanlarının xatirəsini daim əziz tutduqlarını və bu qanlı faciəyə beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymətin verilməsində maraqlı lduğunu diqqətə çatdırıb.

90 yaşlı Kətan Ələkbərova Azərbaycan dövlətinin qayğısını daim hiss etdiklərini, Milli Məclisin deputatının onlara baş çəkməsini yüksək qiymətləndirib.

Ailə üzvləri Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması üçün bu gündə döyüşə hazır olduqlarını bildiriblər.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Elçin Məmmədov, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin üzvləri, eləcə də Tbilisinin müxtəlif universitetlərində təhsil alan tələbələr də iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi