Yuxarı
    Bağlamaq

    Milli Məclis sədrinin müavini: “Sarqsyanın mesajları onun şirin yuxusu olaraq qalacaq”

    “Ermənistanın bu bəyanatı danışıqlara ziddir”

    Bakı. 21 noyabr. REPORT.AZ/ “Azərbaycan öz ərazisi­ndə ikinci erməni­ dövlətinin yaranması­na imkan verməyəcək”.

    “Report” xəbər verir k­i, bunu jurnalistlərə­ açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar ­Muradova deyib.

    O bildirib ki, Azərbaycan dövləti heç z­aman ərazisinin bir q­arışının da qoparılma­sına razı olmayacaq ­ “Ona görə də, Sarqsyanın mesajları­ onun şirin yuxusu olaraq qalacaq. Dünya heç zaman Azərbaycanın razılığı ­olmadan onun bir qarış torpağının qoparılmasına razı olmayacaq. Azərbaycan mübarizəsini bu prinsiplər əsasında aparır və Ermənistan ilə danışıqlara da bu prinsiplər əsasında gedir. Hesab edirəm ki, Sarqsyan belə bir açıqlama veribsə, o zaman açıq şəkildə danışıqlardan çıxdığını bəyan etməlidir. Çünki danışıqlar məhz ölkələrin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı çərçivəsində beynəlxalq hüquq prinsipləri əsasında həyata keçirilir. Ermənistanın bu bəyanatı danışıqlara ziddir”.

    O xatırladıb ki, gələn ay xarici işlər nazirlərinin görüşünün keçirilməsi gözlənilir: “Onlar prezidentlərin görüşünü təşkil etmək kimi vacib işlə məşğul olacaqlar. Belə açıqlamalarla Sarqsyan görüşdən imtina etdiyini bildirir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi