Yuxarı

Mexikoda Xocalı soyqırımı qurbanları anılıb

Soyqırım qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə kilsə zəngləri çalınıb

Bakı. 25 fevral. REPORT.AZ/ "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyi tərəfindən paytaxt Mexiko şəhərində soyqırım qurbanlarının anım tədbiri keçirilib.

Bu barədə "Report" səfirlikdən məluçat verilib.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə keçirilmiş tədbirə Meksikanın tanınmış "UNAM" və "ANAHUAC" və digər universitetlərinin tələbələri, Meksikadakı Azərbaycan icmasının üzvləri, Mexiko ictimaiyyətinin nümayəndələri, elm və mədəniyyət xadimləri qatılıblar.

Tədbiri giriş sözü ilə açan səfirliyin müvəqqəti işlər vəkili Mehriban Səmədova Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının təfərrüatlarından, insanlıq əleyhinə törədilmiş bu cinayətin beynəlxalq səviyyədə tanınması prosesindən bəhs edib.

Səfirliyin 1-ci katibi Tural Rəhimov Xocalıda baş verən hadisələrin Ermənistan Respublikasının işğalçılıq və etnik təmizləmə siyasətinin təzahürü olduğunu diqqətə çatdırıb.

Daha sonra tədbirdə soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və bu məqsədlə tədbirin keçirildiyi Tlakskoake-Xocalı meydanında yerləşən 16-cı əsrə aid tarixi kilsədə kilsə zəngləri çalınıb.

Eləcə də, Azərbaycanla həmrəyliyin nümayişi olaraq üzərində "Xocalıya ədalət" yazılan köynəklər geyinmiş meksikalı tələbələr eyni yazıları əks etdirən hava şarlarını səmaya buraxıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi