​Metyu Brayza: Sarqsyanın Qarabağın Ermənistana aid olmasına dair bəyanatı məni təəccübləndirir

​Metyu Brayza: Sarqsyanın Qarabağın Ermənistana aid olmasına dair bəyanatı məni təəccübləndirir "Bu, Ermənistanın rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir"
Qarabağ
27 Sentyabr , 2015 23:25
​Metyu Brayza: Sarqsyanın Qarabağın Ermənistana aid olmasına dair bəyanatı məni təəccübləndirir

Bakı. 27 sentyabr. REPORT.AZ/ Prezident Serj Sarqsyanın Dağlıq Qarabağın Ermənistana məxsus olmasına dair bəyanatı təəccüb doğurmaya bilməz, çünki o, İrəvanın bu məsələ ilə bağlı rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir.

"Report" xəbər verir ki, bunu "Vestnik Kavkaza" nəşrinə müsahibəsində ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi Metyu Brayza bildirib.

"Sarqsyanın bəyanatı məni təəccübləndirir. Nəzərə alaq ki, bu, Ermənistanın uzun müddət ərzində tutduğu mövqe ilə ziddiyyət təşkil edir. Bu mövqeyə görə, müstəqil "Dağlıq Qarabağ respublikası" mövcuddur, onun "vətəndaşlar"ı öz liderini özü seçir, "o", öz iqtisadiyyat və hüquq sahələrinə özü rəhbərlik edir və Ermənistan nə diplomatik, nə də hüquqi cəhətdən onu tanımır", - deyə ekspert təəccübünü ifadə edib.

"Prezident Sarqsyanın nə üçün belə bir bəyanat verdiyini başa düşmək çətindir, məgər Ermənistan hökuməti öz siyasətində kəskin dəyişiklik edib? Lakin siyasətin bu kimi dəyişdirilməsi Dağlıq Qarabağın bir çox sakinləri üçün, xüsusilə də, bu regionun siyasi liderləri üçün dərin məyusluq yarada bilər", - deyə Metyu Brayza bildirib.

Son xəbərlər

Orphus sistemi