Metyu Brayza: Rusiyanın Dağlıq Qarabağ məsələsində konstruktiv rol oynayacağını təsəvvür etmək çətindir

Metyu Brayza: Rusiyanın Dağlıq Qarabağ məsələsində konstruktiv rol oynayacağını təsəvvür etmək çətindir Brayza, Rusiyanın beynəlxalq imici və mövqeyinin ciddi çəkildə sarsıldığını düşünür
Qarabağ
16 May , 2015 21:29
Metyu Brayza: Rusiyanın Dağlıq Qarabağ məsələsində konstruktiv rol oynayacağını təsəvvür etmək çətindir

Bakı. 16 May. REPORT.AZ/ ABŞ-ın yüksək səviyyəli keçmiş diplomatı, Amerikanın Azərbaycandakı keçmiş səfiri, hazırda Beynəlxalq Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri Metyu Brayza Amerikanın Səsinin Gürcü xidmətinə müsahibəsində Rusiyanın Ukraynaya təcavüzünün səbəbləri və bunun qlobal və regional təsirlərindən danışıb.

"Report"un məlumatına görə, Brayza, Rusiyanın beynəlxalq imici və mövqeyinin ciddi çəkildə sarsıldığını qeyd edib: “İndi Rusiyanın Dağlıq Qarabağ məsələsində konstruktiv vasitəçi kimi rol oynaya bilməsini təsəvvür etmək çətindir, çünki indi o, Ukraynada təcavüzkar rolunda və Gürcüstanda hərbi münaqişənin iştirakçısı kimi çıxış edir.”

Onun fikrincə, Rusiyanın təcavüzünə qarşı yeganə effektiv yol ciddi əks tədbirlərin görülməsindən ibarətdir: “Mən Rusiyanın özünü küncə sıxılmış hiss etsə daha təhlükəli olacağı fikri ilə razı deyiləm. Bu, emosiyalar deyil, dəqiq hesabla çox ağıllı bir liderin idarə etdiyi böyük bir ölkədir. Əgər Putin başa düşsə ki, onun qərarları çox baha başa gəlir, o dayanacaq və təslim olacaq. Ona görə də Rusiyaya hərəkətləri nə qədər çox baha başa gəlsə, biz də Rusiyadan daha az təcavüz görəcəyik.”

Metyu Brayza qeyd edib ki, Qərbin Rusiya-Gürcüstan münaqişəsinə düzgün qiymət vermə bilməməsi Ukraynada müharibəyə səbəb olub: “Qərb necə reaksiya verdi? NATO-Rusiya Şurasının işini bir neçə ay üçün dondurdu, Gürcüstana təxminən 1,5 milyard dollar yardım ayırdı və Rusiyaya qarşı heç bir sanksiya tətbiq etmədi. Bir qədər sonra Fransa Rusiyaya “Mistral” vertolyot daşıyanların verilməsi haqda qərar verdi. Prezident Saakaşvili hələ o vaxt xəbərdarlıq edirdi ki, Krım növbədə ola bilər. Qərbin bu müdaxiləyə zəif reaksiyası Putinə analoji addımlar atsa, risklərin böyük olmayacağı kimi nəticə çıxarmağa imkan verdi.”

Son xəbərlər

Orphus sistemi