Metyu Brayza: "Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə etmək üçün daha yüksək səviyyədə danışıqlar lazımdır"

Metyu Brayza: "Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə etmək üçün daha yüksək səviyyədə danışıqlar lazımdır" "ABŞ və Rusiya prezidentləri bu məsələdə mühüm rol oynaya bilər"
Qarabağ
1 İyun , 2017 12:42
Metyu Brayza: Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə etmək üçün daha yüksək səviyyədə danışıqlar lazımdır

Bakı. 1 iyun. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə etmək üçün daha yüksək səviyyədə - ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirləri və prezidentlərinin iştirakı ilə danışıqlar aparılması lazımdır".

Bunu "Report"a ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza deyib.

Onun sözlərinə görə, ABŞ və Rusiya prezidentləri nizamlama prosesində həlledici rol oynaya bilər.

M.Brayza danışıqlar prosesinin çərçivəsinin və bu çərçivənin Madrid sənədi olduğunu, lakin prosesin sonradan irəliləmədiyini xatırladıb: "Xarici oyunçular, bir yerə toplaşıb tərəfləri qəti barışığa çağıracaq və bu zamana qədər əldə olunan nizamlama çərçivəsində prosesin həllini tələb edəcək üçüncü ölkələrin liderlərinin iştirakı vacibdir".

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin tərkibini şərh edən M.Brayza ABŞ və Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələri kimi lazımlı olduğunu qeyd edib. O, eyni zamanda, Minsk qrupunun üçüncü həmsədrinin Avropa İttifaqı ola biləcəyini vurğulayıb: "Ayrı-ayrı ölkələr olmaqdansa, Aİ-nin olması daha yaxşı olardı. Aİ güclü qüvvədir, bu, beynəlxalq siyasətdə bir qrupdur, odur ki, məncə, belə addım məna kəsb edərdi".

Son xəbərlər

Orphus sistemi