Məruzəçi: "ATƏT Cənubi Qafqaz regionunda sabitliyə nail olmaq üçün daha çox şey edə bilər"

Məruzəçi: "ATƏT Cənubi Qafqaz regionunda sabitliyə nail olmaq üçün daha çox şey edə bilər" Marqaret Sederfelt: "Bu məqsədlə müəyyən addımlar atılıb"
Qarabağ
2 İyul , 2016 11:17
Məruzəçi: ATƏT Cənubi Qafqaz regionunda sabitliyə nail olmaq üçün daha çox şey edə bilər

Bakı. 2 iyul. REPORT.AZ/ "ATƏT Dağlıq Qarabağ münaqişəsində sabitliyə nail olmaq üçün araşdırma mexanizmindən istifadə etməlidir".

"Report" xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin məruzəçisi xanım Marqaret Sederfelt iyulun 2-də Tbilisidə keçirilmiş iclasda deyib.

O, ATƏT-in Cənubi Qafqaz regionunda sabitliyə nail olmaq üçün müəyyən addımlar atdığını bildirib: "Bu məqsədə nail olmaq üçün daha çox şey edə bilərik".

M.Sederfelt ATƏT regionunda digər münaqişələrə, eləcə də münaqişələr zamanı qadınların üzləşdiyi problemlərə toxunub.

Son xəbərlər

Orphus sistemi