​Angela Merkel: "Rusiya Qarabağ münaqişəsinin həllində əsas rolu oynayacaq"

​Angela Merkel: "Rusiya Qarabağ münaqişəsinin həllində əsas rolu oynayacaq" Almaniya kansleri: "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya hökumətini də dəstəkləmək üçün əlaqələrimizdən istifadə edəcəyik"
Qarabağ
7 İyun , 2016 16:44
​Angela Merkel: Rusiya Qarabağ münaqişəsinin həllində əsas rolu oynayacaq

Bakı. 7 iyun. REPORT.AZ/ "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rolu oynayacaq".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib. 

"Əlbəttə ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rolu oynayacaq. Burada biz Minsk qrupunun həmsədrləri qismində ABŞ və Fransanı dəstəklədiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya hökumətini də dəstəkləmək üçün əlaqələrimizdən istifadə edəcəyik".

Son xəbərlər

Orphus sistemi