Medvedev:"Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji əməkdaşlıq istiqamətində inkişaf edir"

Medvedev:"Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji əməkdaşlıq istiqamətində inkişaf edir" "Siyasi məsələlərlə bağlı çoxsaylı layihələrimiz var"
Qarabağ
8 Aprel , 2016 12:31
Medvedev:Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji əməkdaşlıq istiqamətində inkişaf edir

Bakı. 8 aprel. REPORT.AZ/ Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji əməkdaşlıq istiqamətində inkişaf edir. "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə bildirib.

"Bizim birlikdə iqtisadi, humanitar sahələrdə, siyasi məsələlərlə bağlı çoxsaylı layihələrimiz var. Bu səfərdən həmin məqsədlər üçün maksimum istifadə etmək lazımdır", - o qeyd edib.

Medvedev təəssüflə qeyd edib ki, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsində vəziyyət kəskinləşib: "Bunun bizi narahat etdiyini gizlətməyəcəyəm. Hər iki dövlətlə münasibət bizim üçün istisnasız olaraq vacibdir. Bununla yanaşı, ATƏT-in Minsk Qrupunun iştirakçısı kimi məsul dövlət olaraq, eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi biz BMT-nin prinsiplərinə sadiq qalırıq".

Son xəbərlər

Orphus sistemi