Yuxarı

​Medvedyev Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsi ilə əlaqədar ciddi narahatlığını bildirib

Rusiya və Ermənistanın hökumət başçıları regiondakı son vəziyyəti müzakirə ediblər

Bakı. 6 aprel. REPORT.AZ/ Rusiya və Ermənistanın hökumət başçıları Dmitri Medvedyev və Ovik Abramyan telefon söhbəti zamanı Dağlıq Qarabağda son günlər yaranan vəziyyəti müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

"Dmitri Medvedyev Ermənistanın baş naziri ilə telefon söhbəti zamanı Dağlıq Qarabağdakı vəziyyətin kəskinləşməsi ilə əlaqədar narahatçılığını ifadə edib. Rusiya hökumətinin sədri hərbi əməliyyatların dayandırılması rejiminə ciddi əməl olunması və problemin siyasi yolla həlli prosesinin tezliklə bərpa olunmasının vacibliyini vurğulayıb", - deyə məlumatda bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi