MDB ölkələrinin XİN başçıları Dağlıq Qarabağda atəşkəsə əməl edilməsinin zəruriliyini bəyan edib

MDB ölkələrinin XİN başçıları Dağlıq Qarabağda atəşkəsə əməl edilməsinin zəruriliyini bəyan edib "MDB ölkələrində təmas xəttində yaranmış gərginlik dərin narahatlıqla qarşılanır"
Qarabağ
8 Aprel , 2016 13:18
MDB ölkələrinin XİN başçıları Dağlıq Qarabağda atəşkəsə əməl edilməsinin zəruriliyini bəyan edib

Bakı. 8 aprel. REPORT.AZ/ MDB-yə üzv ölkələrin xarici işlər nazirləri Dağlıq Qarabağda atəşkəsə əməl edilməsinin zəruriliyini bəyan edib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə bu gün Moskvada keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının toplantısının yekunlarına dair bəyanatda deyilir.

Bəyanatda nazirlər münaqişə tərəflərini hərbi əməliyyatların dayandırılması rejiminə ciddi riayət etməyə və yeni itkilərin qarşısının alınması üçün təmkinli olmağa çağırıb.

MDB XİN başçıları, həmçinin Dağlıq Qarabağda vəziyyətin sabitləşdirilməsi üçün tədbirlər görmək lazım gəldiyini və ATƏT-in Minsk qrupunun müəyyən edilmiş prinsipləri əsasında münaqişənin sülh yolu ilə həlli üçün səyləri artırmağa ehtiyac olduğunu vurğulayıb.

Bəyanatda bildirilir ki, MDB ölkələrində təmas xəttində yaranmış gərginliyin dərin narahatlıqla qarşılandığı qeyd edilib.

Son xəbərlər

Orphus sistemi