Mariya Zaxarova: "Rusiyanın Qarabağ münaqişəsinin həllindəki rolu dəyişməyib"

Mariya Zaxarova: "Rusiyanın Qarabağ münaqişəsinin həllindəki rolu dəyişməyib" "Rusiyanın münaqişənin həllindəki rolu və həlli məsələsindəki mövqeyi dəyişməyib"
Qarabağ
28 Sentyabr , 2017 17:51
Mariya Zaxarova: Rusiyanın Qarabağ münaqişəsinin həllindəki rolu dəyişməyib

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində rəsmi Moskvanın mövqeyi dəyişməyib".

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ATƏT-in Minsk qrupunun tərkibində mümkün dəyişiklik edilməsi məsələsinə münasibət bildirərkən deyib.

"Dəyişikliklər barədə məlumatım yoxdur. Mütəxəssislərlə dəqiqləşdirib daha ətraflı məlumat verəcəyəm", - M.Zaxarova qeyd edib.

"Rusiyanın münaqişənin həllindəki rolu və həlli məsələsindəki mövqeyi dəyişməyib", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi