Yuxarı
    Bağlamaq

    Mariya Zaxarova: "Rusiya Qarabağ münaqişəsinin həllində Türkiyənin fəal iştirakını alqışlayır"

    ATƏT-in Minsk qrupunun birbaşa vəzifəsi fəal olmaq və münaqişənin həllinə konstruktiv töhfə verməkdir

    Bakı. 20 oktyabr. REPORT.AZ/ "Rusiya ATƏT-in Minsk qrupunun üzvü kimi Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirakını alqışlayır".

    "Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

    "Minsk qrupunun üzvləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konstruktiv rol oynaya biləcəksə, Rusiya bunu yalnız alqışlaya bilər" - M.Zaxarova bildirib.

    Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun birbaşa vəzifəsi fəal olmaq və münaqişənin həllinə konstruktiv töhfə verməkdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi