Mariya Zaxarova: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi diqqət yetirir"

Mariya Zaxarova: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi diqqət yetirir" Rusiya XİN-in rəsmi nümayəndəsi: "Bu münaqişənin həllini tapacağına ümid var"
Qarabağ
15 Fevral , 2018 18:03
Mariya Zaxarova: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi diqqət yetirir
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova / Report

Bakı. 15 fevral. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi tərəflərinin əldə etdiyi razılaşmların həyata keçirilməsində Rusiya fəal iştirak edir".

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu il seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini şərh edərkən brifinqdə deyib.

"Bu münaqişənin həllini tapacağına ümid var və bildiyiniz kimi, bu məsələyə ciddi diqqət yetiririk. Ən əsası isə tərəflərin əldə etdikləri razılaşmaların həyata keçirilməsi üzrə fəal işləyirik", - M.Zaxarova bildirib.

Son xəbərlər

Orphus sistemi