Mariya Zaxarova: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük səy göstərir"

Mariya Zaxarova: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük səy göstərir" "Məhz buna görə Sergey Lavrov KTMT-nin Xarici İşlər Nazirləri Şurasında ikitərəfli görüşlər keçirir"
Qarabağ
4 İyul , 2016 15:16
Mariya Zaxarova: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük səy göstərir

Bakı. 4 iyul. REPORT.AZ/ "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük səy göstərir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Məhz buna görə Sergey Lavrov KTMT-nin Xarici İşlər Nazirləri Şurasında ikitərəfli görüşlər keçirir. Rusiya vasitəçi kimi Dağlıq Qarabağ probleminin nizamlanmasının uğurla sona çatması üçün hər cür səy göstərir", - deyə XİN sözçüsü bildirib.

Son xəbərlər

Orphus sistemi