Yuxarı
    Bağlamaq

    Mariya Zaxarova: "Rusiya bu il Minsk qrupunun həmsədri kimi effektivliyini artırmaq niyyətindədir"

    Bakı. 25 yanvar. REPORT.AZ/ "Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsi ətrafındakı sülhməramlı prosesdə effektivliyini artırmaq niyyətindədir".

    "Report" xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

    Rusiyanın bu il ATƏT-in Minsk qrupunun həmsədri kimi aktivliyini qorumaq və artırmaq niyyətində olub-olmamasıyla bağlı suala o belə cavab verib: "İlk növbədə, işin effektivliyini yüksəltmək lazımdır".

    "Məncə, hamı elə bununla məşğuldur", - M.Zaxarova əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi