Mariya Zaxarova: "KTMT Dağlıq Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttindəki vəziyyəti izləyir"

Mariya Zaxarova: "KTMT Dağlıq Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttindəki vəziyyəti izləyir" Rusiya XİN-in sözçüsü tərəfləri münaqişənin siyasi yolla həllindəki irəliləyişi sarsıda biləcək addımlardan yayınmağa çağırıb
Qarabağ
26 Aprel , 2016 13:50
Mariya Zaxarova: KTMT Dağlıq Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttindəki vəziyyəti izləyir

Bakı. 26 aprel. REPORT.AZ/ "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Dağlıq Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttindəki vəziyyəti izləyir".

"Report" xəbər verir ki, bunu "The Friends of Europe" beyin mərkəzinin təşkil etdiyi "Security Jam" onlayn-müzakirələr zamanı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, KTMT atəşkəs rejimini qorumaq üçün görülən tədbirləri dəstəkləyir və hamını ATƏT-in Minsk qrupunun səylərini dəstəkləməyə çağırır.

XİN nümayəndəsi tərəfləri münaqişənin siyasi yolla həllindəki irəliləyişi sarsıda biləcək addımlardan yayınmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi