Yuxarı
    Bağlamaq

    Mariya Zaxarova: "Azərbaycanla Ermənistanın bir-biri ilə əlaqələrini inkişaf etdirməsini istəyirik"

    Biz istəyirik ki, iki xalq bu qanlı problemi həll etsin

    Bakı. 15 iyun. REPORT.AZ/ "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün maksimum səy göstərir".

    "Report"un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

    "Biz istəyirik ki, iki xalq bu qanlı problemi həll etsin. İkincisi, biz Azərbaycan və Ermənistanla əlaqələri inkişaf etdirmək niyyətindəyik. Eyni zamanda Azərbaycanla Ermənistanın da bir-biri ilə əlaqələrini inkişaf etdirməsini istəyirik. Məqsədimiz münaqişənin həllini uzatmaq deyil, tezliklə həll etməkdir", - o qeyd edib.

    M.Zaxarova Azərbaycan və Ermənistan XİN başçılarının mümkün görüşünü şərh edərkən bildirib ki, bu məsələylə bağlı iki ölkənin xarici diplomatiya idarəsinə müraciət etmək lazımdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi