Yuxarı

Macarıstanda 20 Yanvar faciəsi ilə bağlı kitab nəşr olunacaq

Kitabın Azərbaycan tərəfdən koordinatoru səfir Vilayət Quliyevdir

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın Macarıstandakı səfirliyi 20 Yanvar faciəsinin 25-ci ildönümü və Sovet qoşunlarının Budapeştdə xalq inqilabını amansızlıqla yatırmasının gələn il tamam olacaq 60 illiyi münasibətilə "Budapeşt-1956. Bakı-1990. İmperiyanın başlanğıcı və sonu" kitabını çapa hazırlayıb. 

Bu barədə "Report"a Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Layihənin macar tərəfdən koordinatoru tanınmış macar hərbi jurnalisti, uzun illər "Nepsabadşaq" qəzetinin keçmiş SSRİ üzrə müxbiri olmuş Peter Dunai, Azərbaycan tərəfdən isə səfir Vilayət Quliyevdir.

Kitabda çoxsaylı arxiv materialları, mətbuat informasiyaları, hadisələrin canlı şahidlərinin xatirələri, rəsmi məlumatlar, tarixçilərin və siyasi şərhçilərin fikirləri toplanıb. Burada eyni zamanda hadisələrin isti izi ilə çəkilmiş çoxsaylı foto-materiallara da geniş yer verilib.

Kitabın ilk versiyası rus dilində hazırlanıb. Gələcəkdə onun macar və Azərbaycan dillərinə tərcüməsi də nəzərdə tutulur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi