Yuxarı
    Bağlamaq

    Lüksemburq hakim partiyasının rəsmisi: “Qarabağla bağlı həqiqətləri Avropada təbliğ edəcəyik”

    Azərbaycanın Lüksemburqda Fəxri Konsulluğunun təsis edilməs istənilib

    Bakı. 19 oktyabr. REPORT.AZ/ Böyük Lüksemburq Hersoqluğunun hakim Xalq Partiyasının funksioneri, keçmiş deputat Jak-lv Henkesin başçılıq etdiyi nümayəndə heyəti və Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) olub. 

    "Report"un məlumatına görə, qonaqları Azərbaycan XİN-in İkinci Avropa idarəsinin rəisi, səfir İlqar Muxtarov qəbul edib. 

    Görüşdə iki ölkə arasında münasibətlərdə diplomatik əlaqələrin, o cümlədən parlamentlərarası işçi qrupun fəaliyyətinin genişləndirilməsi müzakirə olunub. 

    Jak-lv Henkes bildirib ki, Lüksemburq Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır: "Amma təəssüflər olsun ki, indiyədək əlaqələrimiz razı qalacağımız səviyyədə qurulmayıb. Lüksemburq bir çox sahələr üzrə Avropanın mərkəzi ölkəsidir. Bizim bir çox iqtisadi sahədə əlaqələrimiz var, amma diplomatik və parlamentlərarası əlaqələri də genişləndirmək niyyətindəyik". 

    Hakim partiyanın rəsmisi deyib ki, Azərbaycanın işğal olunmuş əraziləri, Ermənistan-Azərbaycan münaqişəsinə dair ona bir sıra həqiqətlər məlum olub: "Bununla bağlı yazılı materiallar əldə etmişik və bundan da Avropada Azərbaycan həqiqətlərinin çatdırılması üçün geniş istifadə edəcək. Dağlıq Qarabağla bağlı Azərbaycan həqiqətlərini Avropada təbliğ edəcəyik". 

    Öz növbəsində, İlqar Muxtarov Azərbaycanın da Lüksemburqla əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu, bu ölkədə Azərbaycan lobbisinin artırılmasının vacibliyini vurğulayıb. 

    AAK prezidenti Sahil Qasımov isə Azərbaycanın Lüksemburqda Fəxri Konsulluğunun təsis edilməsi, fəxri konsulun seçimi məsələsinə baxılmasını təklif edib. İlqar Muxtarov da təklifi rəhbərliyə məruzə edəcəyini söyləyib. 

    Görüşdə Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun rəhbəri Elmira Axundova da iştirak edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi