Litvalı deputat: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir

Litvalı deputat: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir "Dalya Kuoditenin şəxsi fikri Litvanın xarici siyasətinin mövqeyini əks etdirmir"
Qarabağ
17 Noyabr , 2014 17:59
Litvalı deputat: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir

Bakı. 17 noyabr. REPORT.AZ/ Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yuras Pojela Seymdən olan həmkarı Dalya Kuoditenin ermənipərəst fikirlərinə dair bəyanatla çıxış edib.

"Report"un xəbərinə görə, Y.Pojelanın bəyanatında deyilir ki, Dalya Kuoditenin şəxsi fikri Litvanın xarici siyasətinin mövqeyini əks etdirmir.

"Bu qiymət birtərəflidir və münaqişənin sülh yolu ilə həllinə kömək etmir", - deyə Y.Pojela qeyd edib. 

Parlamentlərarası dostluq qrupunun rəhbəri bəyanatda xatırladıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir: "Beynəlxalq ictimaiyyət bir sıra qətnamə qəbul edərək qoşunların regiondan çıxarılmasına çağırıb. Litva da bu mövqeyi dəstəkləyir. Kuoditenin bəzi fikirləri və onun bu yaxınlarda Seym Şurası ilə zəruri razılıq olmadan Dağlıq Qarabağa səfəri beynəlxalq hüquqa ziddir - münaqişənin sülh yolu ilə və Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər üçün zərərlidir".

Y.Pojela həmçinin öz həmkarının bu cür bəyanatlarına görə təəssüf etdiyini bildirib. 

Qeyd edək ki, Litva Seyminin ermənipərəst deputatı Dalya Kuodite öz bəyanatında Azərbaycan hava məkanını pozmuş Ermənistanın Mi-24 hərbi helikopterini vuran Azərbaycan Ordusunun hərəkətlərini "təxribat" adlandırıb.

Son xəbərlər

Orphus sistemi