Litvada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub

Litvada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub Soyqırım haqqında qısametrajlı film nümayiş etdirilib
Qarabağ
25 Fevral , 2015 17:55
Litvada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub

Bakı. 25 fevral. REPORT.AZ/ Litvanın Klaypeda şəhərində “AZƏRİS” azərbaycanlı icmasının mədəniyyət evində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib. Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbirdə azərbaycanlılarla yanaşı, Klaypedada yaşayan belarus, tatar, ukrayn cəmiyyətlərinin, Pribaltika Ukraynları Assosiasiyasının üzvləri də iştirak edib. Anım mərasimindən əvvəl “AZƏRİS” cəmiyyətinin üzvləri Klaypeda şəhərinin küçələrində məlumatlandırma kampaniyası apararaq yerli sakinlərə soyqırımı ilə bağlı broşür və vərəqələr paylayıblar.

Tədbiri Azərbaycan icmasının üzvü Rəna Məmmədova açdıqdan sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “AZƏRİS” cəmiyyətinin sədri Əliağa Məmmədov iştirakçılara Ermənistanın Azərbaycana təcavüzü və torpaqlarımızın 20 faizini işğal altında saxlaması, bir milyondan artıq insanın öz yurdundan didərgin düşməsi və nəhayət, bu müharibənin ən dəhşətli cinayəti - Xocalı soyqırımı haqqında geniş məlumat verib. Ə.Məmmədov Litva və bütün dünya ölkələrinin vətəndaşlarına müraciətlə “bu soyqırımı haqqında hər kəs bilməlidir, biz bu faciəni unutmadıq və unutdurmayacağıq” – deyib.

Daha sonra iştirakçıları 23 il əvvəl Xocalıda baş verənlərlə bağlı daha dolğun məlumatlandırmaq məqsədilə soyqırımı haqqında qısametrajlı film nümayiş etdirilib. Filmin nümayişindən sonra tədbirdə iştirak edən digər icmaların nümayəndələri də çıxış edərək Azərbaycan xalqının kədərinə şərik olduqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi