Yuxarı
    Bağlamaq

    Litva parlamentində Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edilib

    Dağlıq Qarabağ münaqişəsinin XX əsrin tarixində baş vermiş ən faciəli münaqişələrdən biridir

    Bakı. 27 aprel. REPORT.AZ/ Litva Seyminin bir qrup üzvü Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı müraciət qəbul edib.

    Azərbaycanın Litvadakı səfirliyindən "Report"a verilən məlumata görə, müraciətdə qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi XX əsrdə baş vermiş ən faciəli münaqişələrdən biridir.

    Sənəddə Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyi, bir milyondan artıq azərbaycanlının öz doğma yurdundan didərgin salındığı bildirilib və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul edilməsinə baxmayaraq, qətnamələrin hələ də həyata keçirilmədiyi vurğulanıb.

    Seyminin deputatları Xocalı şəhərində yüzlərlə dinc əhalinin öldürülməsini insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət kimi qiymətləndirərək Azərbaycan xalqına başsağlığı veriblər.

    Müraciətdə Litvanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləndiyi qeyd edilib. Seymin üzvləri təcavüzkar qüvvələrin Azərbaycanın işğal olunan ərazilərindən çıxarılması ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin icra edilməsinə çağırıblar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi