Lidinqton: "Şotlandiya və Dağlıq Qarabağın siyasi şəraiti fərqlidir"

Lidinqton: "Şotlandiya və Dağlıq Qarabağın siyasi şəraiti fərqlidir" "Mən Dağlıq Qarabağın Şotlandiya ilə eyni tarixə malik olmasını düşünmürəm"
Qarabağ
6 Noyabr , 2014 12:24

Bakı. 6 noyabr. REPORT.AZ/ Şotlandiya və Dağlıq Qarabağı müqayisə etmək olmaz, çünki onlar fərqli tarixə və siyasi zəminlərə malikdir.

Bunu "Report"a Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton bu yaxınlarda keçirilən Şotlandiyanın müstəqillik referendumunu və ermənilərin Dağlıq Qarabağda da referendumun keçirilə biləcəyi haqqında bəyanatını şərh edərkən bildirib. 

"Mən düşünmürəm ki, Dağlıq Qarabağ Şotlandiya ilə eyni tarixə malikdir. Fikrimcə, Dağlıq Qarabağ üzrə həll regiona, Azərbaycan və Ermənistana müvafiq olmalıdır. Bu hallar müxtəlif siyasi şəraitə malikdirlər" - deyə, Lidinqton qeyd edib. 

O xatırladıb ki, Şotlandiya yüzilliklər ərzində müstəqil krallıq kimi mövcud olub və 1603-cü ildə Şotlandiya kralı İngiltərənin də kralı olub: "18-ci əsrin əvvəlində iki krallığın parlamentləri birləşib. Buna baxmayaraq, Şotlandiya Böyük Britaniyanın tərkibində öz qanunvericilik sistemi olan əhəmiyyətli muxtariyyətə malik olub. Bir neçə il əvvəl Millətçi partiyası Şotlandiyanın parlamentinə seçilib və referendumun keçirilməsini tələb edib. Böyük Britaniyanın baş naziri Devid Kemeron buna razılıq verib və bildirib ki, bütövlüyü qorumaq üçün ciddi kampaniya keçirəcək. Mən şadam ki, Şotlandiya Böyük Britaniyanın bir hissəsi olaraq qalması haqqında qərar qəbul edib".

Şotlandiyanın müstəqilliyi haqqında referendum sentyabr ayının 18-də keçirilib. Şotlandiya sakinlərinin əksəriyyəti Böyük Britaniyadan ayrılmağın əleyhinə səs verib.

Son xəbərlər

Orphus sistemi