Yuxarı

Lidinqton: Qarabağ münaqişəsi həm regionun, həm də Avropanın sabitliyinə zərər gətirir

Beynəlxalq ictimaiyyət ATƏT-in MQ həmsədrlərinə dəstəyini gücləndirməlidir

Bakı. 3 noyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması həm regionun, həm də Avropanın sabitliyinə zərər gətirir". "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla Yerevanda keçirdiyi birgə mətbuat konfransında bildirib. 

"Dağlıq Qarabağ münaqişəsi Birləşmiş Krallıq üçün narahatlıq mənbəyi olaraq qalır" - deyə, Lidinqton qeyd edib.

Onun sözlərinə görə, Böyük Britaniya ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin siyasi həll yollarının axtarışı üzrə səylərinə böyük əhəmiyyət verir. 

"Bu münaqişənin insan faciəsini durdurmaq üçün beynəlxalq ictimaiyyət ATƏT-in MQ həmsədrlərinə dəstəyini gücləndirməlidir. Biz vasitəçilərin işində tərəqqinin əldə olunmasını istəyirik" - deyə, nazir əlavə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi