Lənkəranda aprel qələbəsinin ildönümü qeyd olunub

Lənkəranda aprel qələbəsinin ildönümü qeyd olunub Şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhidlər olməz, Vətən bölünməz” adlı sənədli film nümayiş olunub
Qarabağ
4 Aprel , 2017 17:01
Lənkəranda aprel qələbəsinin ildönümü qeyd olunub
Lənkəran Şəhər İcra Hakimiyyəti

Bakı. 4 aprel. REPORT.AZ/ Lənkəran şəhərində aprel qələbələrinin ildönümü qeyd olunub.

"Report"un Cənub bürosu xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Aparat rəsmiləri, rayon hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatlarının rəhbər işçiləri, “N” saylı hərbi hissəsinin əsgərləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, Aparatın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva aprel qələbələrinin Azərbaycan xalqının mübarizliyinin, ordunun gücünün-qüdrətinin təntənəsi olduğunu qeyd edib.

O bildirib ki, bu qələbələr xalqın Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, igid əsgərlərimizin Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad olunmasına tam hazır olduğunu bir daha sübut etdi. R.Əliyeva bütün ölkədə olduğu kimi, Lənkəranda da şəhidlərin xatirəsinin daim əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində hər bir şəhidin şücaətinin bir nümunə olduğunu diqqətə çatdırıb.

Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədri Əbulfət Əliyev, Qarabağ müharibəsi veteranı Əlisəfa Ağayev, aprel döyüşləri zamanı şəhid olmuş Qalib Zülfiqarlının qardaşı, Milli Ordunun əsgəri Qabil Zülfiqarlı və LDU-nun tələbəsi Orxan Əmənov çıxış ediblər. Aprel döyüşlərində qazanılan qələbələrdən ruhlandıqlarını, bu döyüşlərdə həlak olmuş əsgərlərin qəhrəmanlığı ilə fəxr edib qürur hissi keçirdiklərini və Vətən torpaqlarının işğaldan azad olunması naminə vuruşmaq üçün Prezident İlham Əliyevin əmrinə hər an hazır olduqlarını bildiriblər.

Tədbirdə aprel döyüşləri zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhidlər olməz, Vətən bölünməz” adlı sənədli film nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi