Lebedev: "Dağlıq Qarabağdakı vəziyyət MDB-nin bütün ölkələrini narahat edir"

Lebedev: "Dağlıq Qarabağdakı vəziyyət MDB-nin bütün ölkələrini narahat edir" "Biz Cənubi Qafqazda sülh və firavanlıq olmasını səmimi qəlbdən arzulayırıq"
Qarabağ
19 Aprel , 2016 13:22
Lebedev: Dağlıq Qarabağdakı vəziyyət MDB-nin bütün ölkələrini narahat edir

Bakı. 19 aprel. REPORT.AZ/ "MDB dövlətləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və regionda hərbi əməliyyatların bərpasına yol verilməməsini dəstəkləyir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.

"Dağlıq Qarabağdakı vəziyyət MDB-nin bütün ölkələrini narahat edir", - deyə S.Lebedev bildirib.

Onun sözlərinə görə, MDB-də Dağlıq Qarabağ bölgəsində gərginliyin aradan qaldırılmasına və Ermənistanla Azərbaycanın hamını narahat edən problemin həllinə sülh yolu ilə nail olmaq üçün dinc dialoqa başlamaqla bağlı kompromisə gedəcəyinə səmimi qəlbdən inanırlar.

MDB İcraiyyə Komitəsinin sədri bu istəklərin nəzərə alınacağını və MDB ölkələri ilə ATƏT-in Minsk qrupunun kollektiv səylərinin məsələnin müsbət həllinə gətirib çıxaracağına ümid edir. "Biz Cənubi Qafqazda sülh və firavanlıq olmasını səmimi qəlbdən arzulayırıq", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi