Yuxarı

Lebedev: "Dağlıq Qarabağ regionunda vəziyyətin gərginləşməsi bütün MDB ölkələrində dərin narahatlığa və böyük həyəcana səbəb olub"

Bütün bunlar sülhə qayıtmaq üçün bazanı sarsıdır

Bakı. 4 aprel. REPORT.AZ/ "Dağlıq Qarabağ regionunda vəziyyətin gərginləşməsi və şiddətli qarşıdurmalar bütün MDB ölkələrində dərin narahatlığa və böyük həyəcana səbəb olub".

"Report" MDB İcraiyyə Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, bunu Komitənin sədri Sergey Lebedev deyib.

"MDB üzv bir sıra dövlətlər prezidentlər və xarici işlər nazirləri səviyyəsində azərbaycanlı və erməni həmkarlarına müraciət edərək onları hərbi əməliyyatları dayandırmaq yolunda təcili addımlar atmağa və münaqişənin sülh yolu ilə həlli axtarışlarını davam etdirməyə çağırıb".

Gənc azərbaycanlılar və ermənilər ölür, minlərlə insan əziyyət çəkir, hər iki tərəfə böyük ziyan dəyir, düşmənçilik və nifrət ab-havası yaranır. Bütün bunlar isə sülhə qayıtmaq üçün bazanı sarsıdır.

Biz Müstəqil Dövlətlər Birliyi, Azərbaycan və Ermənistanın dostu və tərəfdaşı kimi hər iki tərəfin lazımi iradə və düşüncə göstərəcəyinə, qanlı toqquşmalara son qoyacağına və hər iki ölkənin xalqlarının rifahı naminə ən qısa zamanda sülh danışıqlarını bərpa etməyə imkan tapacağına ümid edirik", - deyə S.Lebedev bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi