Yuxarı

Lavrov və Kerri Qarabağ münaqişəsinin həlli üzrə atılacaq növbəti addımları müzakirə ediblər

Müzakirə telefon söhbəti zamanı baş tutub

Bakı. 2 iyul. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri şənbə günü telefon söhbəti zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi internet səhifəsinə yerləşdirilmiş məlumatda bildirilir.

"Söhbət zamanı ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu həmsədrlərinin iyunun 20-də Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yekunlarınının inkişafına dair atılacaq gələcək addımlarla bağlı məsələlər nəzərdən keçirilib", - deyə məlumatda bildirilir.

Telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi