​Lavrov və Kerri ATƏT-in Minsk qrupunun işini fəallaşdırmaq qərarına gəliblər

​Lavrov və Kerri ATƏT-in Minsk qrupunun işini fəallaşdırmaq qərarına gəliblər Rəsmilər "xarici oyunçular"ın Qarabağ ətrafında qarşıdurma yaratmaq cəhdlərini pisləyiblər
Qarabağ
4 Aprel , 2016 19:57
​Lavrov və Kerri ATƏT-in Minsk qrupunun işini fəallaşdırmaq qərarına gəliblər

Bakı. 4 aprel. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. Tərəflər Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıblar.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"ATƏT-in Minsk qrupunun həmsədrləri kimi, Rusiya, ABŞ və Fransanın səylərini gücləndirilmək qərara alınıb", - deyə Rusiya diplomatik nümayəndəliyindən bildiriblər.

Lavrov və Kerri bəzi "xarici oyunçular"ın Qarabağ ətrafında qarşıdurma yaratmaq cəhdlərini pisləyiblər. 

Son xəbərlər

Orphus sistemi