Bakı. 4 aprel. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. Tərəflər Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıblar.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
"ATƏT-in Minsk qrupunun həmsədrləri kimi, Rusiya, ABŞ və Fransanın səylərini gücləndirilmək qərara alınıb", - deyə Rusiya diplomatik nümayəndəliyindən bildiriblər.
Lavrov və Kerri bəzi "xarici oyunçular"ın Qarabağ ətrafında qarşıdurma yaratmaq cəhdlərini pisləyiblər.