Lavrov: "Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səy göstərir"

Lavrov: "Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səy göstərir" "Münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin müxtəlif təklifləri var"
Qarabağ
26 Yanvar , 2016 14:30
Lavrov: Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səy göstərir

Bakı. 26 yanvar. REPORT.AZ/ "Lavrovun və ya bir başqasının razılıq müqaviləsi yoxdur. ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların müxtəlif mərhələlərində hazırlamış olduğu bir sıra sənədlər var".

"Report"un məlumatına görə, bunu mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin müxtəlif təklif versiyaları mövcuddur: "Bu kağızlar ATƏT-in baş katibinə göndərilib və bu təşkilatın seyfində saxlanılır. Bu kağızları sənəd də adlandırmaq olar. Bu sənədlərin heç biri Dağlıq Qarabağ münaqişəsinin bütün komponentlərinin praktik həllinə gətirib çıxarmadığından Rusiya tərəfi tərəflərin hələ də razılaşa bilmədiyi məsələlər üzrə səylər göstərib. Bu, müəyyən məqamlarda irəliyə doğru addım atılmasına kömək edib".

Son xəbərlər

Orphus sistemi