Yuxarı

​Lavrov: "Rusiya Qarabağ münaqişəsinin həllində fəal rol oynamağı davam etdirəcək"

Rusiyanın XİN rəhbəri İrəvanda mətbuat konfransı keçirib

Bakı. 9 noyabr. REPORT.AZ/ Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müsbət nəticənin əldə olunmasında fəal rol oynamağı davam etdirəcək.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə İrəvana səfəri çərçivəsində keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O, tərəflərin nizamlanmanın qarşılıqlı faydalı konsensus əsaslarının hazırlanması üzrə səyləri davam etdirməsinin vacib olduğuna əminliyini ifadə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi