Yuxarı

Lavrov: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstəyi öz prioritetlərindən biri hesab edir"

Rusiyanın qarşılıqlı həllin əldə olunmasında fəallığı heç zaman azalmayıb

Bakı. 25 may. REPORT.AZ/ "Rusiya əvvəlki kimi, Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında razılığın əldə olunmasına dəstəyi  xarici siyasət sahəsindəki prioritetlərindən biri kimi qiymətləndirir".

"Report" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla keçirilən birgə brifinqdə bildirib. 

Onun sözlərinə görə, Rusiya həm ikitərəfli kanallar, həm də ATƏT-in Minsk qrupu həmsədrləri xətti ilə qarşılıqlı səmərəli razılaşmaların əldə olunması üzrə öz yardımını göstərməkdə davam edir. Lavrov qeyd edib ki, o, bu münaqişənin həlli məsələsinə nikbin baxır. 

"Münaqişənin uzandığını hamı bilir və münaqişənin həlli üçün bazanın olduğunu da hamı bilir. Lakin Rusiyanın qarşılıqlı həllin əldə olunmasında fəallığı heç zaman azalmayıb. Biz çalışacağıq ki, bu razılıq tez bir zamanda əldə olunsun", - Rusiya XİN rəhbəri vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi