Yuxarı

Lavrov: "Rusiya ATƏT-in münaqişələrin həlli üzrə mexanizmlərdə iştirak etməyə davam edəcək"

Rusiya XİN rəhbəri Serbiyanın ATƏT-də qarşıdakı sədrliyini şərh edir

Bakı. 19 dekabr. REPORT.AZ/ Rusiya ATƏT-in münaqişələrin həlli üzrə mexanizmlərdə iştirak etməyə davam edəcək. "Report" xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Serbiyanın XİN rəhbəri İvitsa Daçiç ilə birgə mətbuat konfransında Serbiyanın ATƏT-də  sədrliyini şərh edərkən bildirib. 

"Biz Serbiyanın ATƏT-də sədrliyi çərçivəsində bu təşkilatın digər mexanizmlərində iştirak etməyə hazır olduğumuzu təsdiq etmişik", - Lavrov bildirib.

Bu mexanizmlərdən Lavrov ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəaliyyətini, Dnestryanı məsələ üzrə 5 + 2 qrupunu, eləcə də Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması üzrə Cenevrə müzakirələrini qeyd edib.

Rusiya XİN rəhbəri, həmçinin Ukrayna münaqişəsində ATƏT-in rolunu vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi