Yuxarı

Sergey ​Lavrov: "Əsas məsələ Qarabağ münaqişəsində yeni qurbanların qarşısını almaqdır"

Yerevan və Bakı ATƏT tərəfindən işlənmiş insidentlərin araşdırılması mexanizminin müzakirəsinə qayıtmalıdır

Bakı. 4 may. REPORT.AZ/ "Əsas məsələ Qarabağ münaqişəsində yeni qurbanların qarşısını almaq və yeni, təsirli mexanizmlər hazırlamaqla hər hansı bir pozuntunu dayandırmaqdan ibarətdir".

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN başçısı Sergey Lavrov bildirib. 

Onun sözlərinə görə, Yerevan və Bakı ATƏT tərəfindən işlənmiş insidentlərin araşdırılması mexanizminin müzakirəsinə qayıtmalıdır. 

S.Lavrov əlavə edib ki, Moskvanın fikrincə, Qarabağ münaqişəsinin siyasi yolla həlli ideyalarının sənədləşdirilməsi prosesi çətin də olsa, mümkündür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi