Lavrov Ermənistanın XİN rəhbəri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Lavrov Ermənistanın XİN rəhbəri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri üzrə fikir mübadiləsi aparılacaq
Qarabağ
7 İyun , 2018 01:12
Lavrov Ermənistanın XİN rəhbəri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
Report/ Elshan Baba

Bakı. 7 iyun. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Ermənistanın XİN rəhbəri Zoqrab Mnaçakanyanla ikitərəli münasibətləri və Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin mayın 14-də Soçidə keçirilmiş görüşləri kontekstində ikitərəfli əməkdaşlıq məsələlərinin geniş dairəsini müzakirə etmək nəzərdə tutulur", - deyə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Artyom Kojin bildirib.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri üzrə fikir mübadiləsi aparılacaq", -deyə o əlavə edib.

Bu, Ermənistanda hökumət dəyişikliyindən sonra xarici siyasət idarəsi rəhbərliyinin Rusiya paytaxtına birinci səfəri olacaq. Mnaçakanyan mayın 12-də xarici işlər naziri vəzifəsində Edvard Nalbandyanı əvəz edib. 

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin mayın 14-də Soçidə görüşüb.

Son xəbərlər

Orphus sistemi